Help Desk
IT sahəsinə ilk addım. İstifadəçi dəstəyi, Windows quraşdırılması və problemlərin diaqnostikası, printer və avadanlıq, ticket sistemi ilə iş.
DeepData Academy infrastruktur və proqramlaşdırma sahəsində ixtisaslaşmış IT tədris mərkəzidir. Təlim proqramları real iş prosesləri əsasında qurulub.
Dərsləri sistem administratoru, şəbəkə mühəndisi və developer kimi çalışan mütəxəssislər aparır. Ona görə dərsdə nəzəriyyə deyil, iş prosesində qarşıya çıxan real məsələlər izah olunur.
Hər qrupda 8–10 tələbə olur. Bu, müəllimə hər tələbənin işini fərdi izləməyə və laboratoriya tapşırıqlarını yerindəcə yoxlamağa imkan verir.
Dərslərdə simulyatorlardan istifadə edilmir. Cisco switch, HP switch, FortiGate firewall, HP server və QNAP storage: bunların hamısı fiziki avadanlıqdır və tələbə birbaşa onların üzərində işləyir.
Heç bir texniki bilik tələb olunmur. Proqram sıfırdan başlayır və addım-addım advanced səviyyəyə aparır. Hər mövzu əvvəlkinin üzərinə qurulur.
CV və LinkedIn profilinin hazırlanması, texniki müsahibə məşqi və vakansiya yönləndirməsi.
Kurslar bir-birinin davamı kimi qurulub. Sıfırdan başlayıb sistem, şəbəkə, təhlükəsizlik və ya proqramlaşdırma istiqamətində mütəxəssis səviyyəsinə qədər gedə bilərsən.
IT sahəsinə ilk addım. İstifadəçi dəstəyi, Windows quraşdırılması və problemlərin diaqnostikası, printer və avadanlıq, ticket sistemi ilə iş.
Korporativ infrastrukturun idarəsi: Windows Server, Active Directory, DNS və DHCP, group policy, fayl serverləri, monitorinq və server otağının gündəlik işi.
Şəbəkənin qurulması və idarəsi: kabel sistemi, switch və router konfiqurasiyası, VLAN, IP planlaması, nasazlıqların tapılması.
Cisco cihazları üzərində marşrutlaşdırma və kommutasiya, VLAN və trunk, OSPF, NAT, ACL, şəbəkə təhlükəsizliyinin əsasları.
Next-generation firewall ilə iş: zona və siyasətlər, NAT, App-ID və User-ID, VPN, təhlükəsizlik profilləri, log və monitorinq.
RHEL serverlərinin idarəsi: istifadəçilər və icazələr, LVM, systemd, SELinux, şəbəkə xidmətləri, skript yazma və gündəlik server işləri.
Kotlin, Jetpack Compose, lokal baza və şəbəkə ilə iş. Real tətbiq yazaraq Google Play-ə yükləmə mərhələsinə qədər.
Swift dili, SwiftUI ilə interfeys, API inteqrasiyası və tətbiqin App Store-a hazırlanması. Sonda hazır portfolio layihəsi.
İki mövzu bir kursda: ESXi və vCenter ilə virtual infrastruktur, klaster, HA, vMotion; Veeam ilə ehtiyat nüsxə, replikasiya və bərpa ssenariləri.
Tenant idarəetməsi, Entra ID, Exchange Online, Teams, SharePoint, lisenziyalar və təhlükəsizlik siyasətləri.
Qoşulmaq üçün hazırlıq tələb olunmur. Səviyyəni müsahibədə birlikdə müəyyən edirik.
Formu doldurursan, 1 iş günü ərzində zəng edib qrafik və ödəniş şərtlərini danışırıq.
Qısa texniki söhbətdə mövcud biliyini qiymətləndirib hansı kursdan başlamağın doğru olduğunu müəyyən edirik.
Həftədə 2–3 dərs. Hər mövzudan sonra avadanlıq üzərində real tapşırıq verilir.
Yekun layihə, CV-nin hazırlanması və texniki müsahibə məşqi.
Bəli. Help Desk, Network Administrator, Android və iOS qrupları sıfırdan başlayanlar üçün nəzərdə tutulub. CCNA, Palo Alto, Linux və sistem administratorluğu üçün əvvəlcə qısa texniki söhbət keçiririk.
Dərslər və tədris materialları Azərbaycan dilindədir. Yalnız bəzi texniki terminlər ingilis dilində işlədilir, çünki avadanlıq interfeysləri və sənədləşmə ingilis dilindədir.
Bəli, kursun ödənişini aylıq bölmək mümkündür. Tələbələr üçün ayrıca endirim tətbiq olunur.
Cisco və HP switch-lər, FortiGate firewall, HP server və QNAP storage üzərində. Hər tələbənin öz laboratoriya girişi olur və tapşırıqlar real ssenarilər əsasında verilir.
Bəli, DeepData Academy sertifikatı verilir. Bizim əsas məqsədimiz sənin işi bacarmağındır. Beynəlxalq imtahan vermək istəsən, material və məsləhətlə kömək edirik.
Bəli, qruplardan asılı olaraq onlayn iştirak imkanı var. Laboratoriya girişi onlayn tələbələrə də verilir.
Qruplar hər ay formalaşır və yerlər məhduddur. Müraciət et, sənə uyğun qrafiki birlikdə seçək.
Formu doldur, qrup başlama tarixləri, qrafik və ödəniş şərtləri barədə səninlə əlaqə saxlayaq.
Göndər düyməsi məlumatları e-mail məktubu kimi hazırlayır.